Porsche Azərbaycandan uşaqlarla unudulmaz kartinq günü
Porsche Bakı Mərkəzinin təşkilatçılığı ilə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri üçün Baku City Karting-də (BCK) xüsusi tədbir keçirildi. Bu sosial məsuliyyət təşəbbüsü uşaqlara həm əyləncəli, həm də maarifləndirici bir gün bəxş etdi.
Tədbir çərçivəsində şagirdlər professional təlimçilər tərəfindən kartinqin qaydaları və təhlükəsizlik normaları barədə məlumatlandırıldılar. Daha sonra bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla karting avtomobillərini idarə etmək imkanı qazandılar.
Xüsusi qayğıya ehtiyacı olan və avtomobilləri müstəqil formada idarə edə bilməyən uşaqlar isə 2 nəfərlik karting avtomobillərində təcrübəli instruktorların idarəçiliyi altında sürüş təcrübəsini yaşadılar. Bu onların da karting həyəcanını bölüşməsinə imkan verdi.
"Bizim üçün uşaqların üzündə təbəssüm görmək ən böyük uğurdur. Porsche Bakı Mərkəzi olaraq belə layihələrlə gələcəkdə də gənclərin inkişafına və onların sosial inteqrasiyasına dəstək verməyə davam edəcəyik," - deyə Əfəndilər Qrupun İcraçı Direktoru Amal Əlili bildirib.
Bu təşəbbüs Porsche Bakı Mərkəzinin sosial məsuliyyət layihələri çərçivəsində icra olunub və məqsəd uşaqlara yeni təcrübələr qazandırmaqla yanaşı, onların həyat sevincini və özünəinamını artırmaqdır.
Qalereya
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Azərbaycanda rels avtobuslarının tətbiqi ilə bağlı AÇIQLAMA
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb
-
2026-cı ildə Ukraynanı nə gözləyir?













