Mirzoyan: İrəvanla Bakı arasında sülh bütün region üçün vacibdir
Far.Az xəbər saytı

Mirzoyan: İrəvanla Bakı arasında sülh bütün region üçün vacibdir


Birgə Bəyannamənin imzalanması və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması təkcə sabitliyi təmin etmir, həm də yeni iqtisadi və ticarət imkanları təmin edir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda "Lissabondan İrəvana: Avropanın daha geniş qonşuluq strategiyasına baxış" adlı yüksək səviyyəli müzakirələrdə deyib.

"Təsəvvür edin ki, Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi bərpa olunan zaman bu, təkcə dünyanın bu hissəsi üçün deyil, daha geniş region üçün, o cümlədən Aİ üçün də əhəmiyyətli olacaq. Amma bu, son hədd deyil. Cənubi Qafqazda sülhün bərqərar olması region ölkələrinə öz suverenliyini gücləndirməyə, digər böyük paytaxtlardan asılılığı azaltmağa və bizə, məsələn, konkret xarici siyasət yürütməyə imkan verəcək", - Mirzoyan bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər