Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Far.Az xəbər verir ki, "Addım-addım Vətəndə" adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, "açıq qapı" prinsipi ilə birgə tamaşa və tədbirlər keçirmək niyyətindədir.
Layihənin əsas məqsədi Bakı Uşaq və Gənclər Teatrının bölgə teatrları ilə arasındakı əməkdaşlığı gücləndirmək, regionların mədəni inkişafına dəstək vermək, bölgə tamaşaçıları ilə birbaşa ünsiyyətdə olmaqdan ibarətdir.
Sözügedən layihə 30 sentyabr 2025-ci il tarixdə Lənkəran Dövlət Dram Teatrı ilə birgə həyata keçirilib.
Tədbirin aparıcıları Lənkəran Dövlət Dram Teatrının aktyoru Səyad Əliyev, Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev tamaşaçıları salamladıqdan sonra hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat verib. Daha sonra səhnəyə hər iki teatrın direktorlarını - Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti, rejissor, aktyor Laləzar Hüseynovanı, Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor İntiqam Soltanı dəvət ediblər. Laləzar xanım Hüseynova Bakı Uşaq və Gənclər Teatrının kollektivini salamlayaraq, bu layihənin əhəmiyyətini xüsusi vurğulayaraq uğurlar arzulayıb. Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, layihənin rəhbəri İntiqam Soltan Lənkəran Dövlət Dram Teatrına Bakı Uşaq və Gənclər Teatrının "Addım-addım Vətəndə" layihəsinə verdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib.
Proqramda Bakı Uşaq və Gənclər Teatrının repertuarında olan tamaşalardan parçalar - "Ağıllı Tülkü" (Yapon xalq nağılı, rejissor respublikanın əməkdar artist İntiqam Soltan), "Danışan Gəlincik" (Abdulla Şaiq, rejissor rejissor İlhamə Əhmədova), "Şəngülüm, Şüngülüm, Məngülüm" (Azərbaycan Xalq nağılı, rejissor Mehman Piriyev və Rauf Huseynli), Tofiq İsgəndərlinin təqdimatında illuziya nömrələri, Lənkəran Dövlət Dram Teatrının aktyorları Gülər Kərimova, Günel Bağırova, Murad Kərimli, Cəfər Səlimovun ifasında mahnı və rəqs nömrələri nümayiş olunub.
Layihəyə teatr ilinin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festivalla yekun vurmaq niyyətindəyik.
Qalereya
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
"Qarabağ" FK sığınacaqdakı həmin azyaşlı azarkeşlə görüşəcək













