Azərbaycan Prezidenti: Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq
İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılış mərasimində ölkədə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşündə deyib.
Prezident bildirib ki, iki ölkə sözün əsl mənasında, strateji tərəfdaşdır:
"Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır".
Dövlət başçısı qeyd edib ki, İtaliya-Azərbaycan əməkdaşlığı, məsələn, energetika sahəsində böyük bir inkişafa yol açmışdır.
"Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Mattarellanın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur. Əgər o vaxt bu həll olunmasaydı, bu gün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik. Biz də ondan əziyyət çəkərdik, Avropa məkanı da. Bu gün Azərbaycan qazı Avropa İttifaqına səkkiz üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir və bu coğrafiya genişlənir və burada İtaliya-Azərbaycan əməkdaşlığı həlledici rol oynamışdır".
İlham Əliyev vurğulayıb ki, qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdədir, neft təchizatına görə birinci yerdədir:
"Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













