"Karabakh" və "Karabakh.ru"səhifəsi artıq 5 ildir ki, dünyaya Qarabağla bağlı həqiqətləri təqdim edir
Bu gün Qarabağ həqiqətləri və müasir Azərbaycan tarixinin xronologiyasını dünya ictimaiyyətinə təqdim edən "Karabakh" və "Karabakh.ru" informasiya platformalarının yaradılmasından beş ili ötür.
Qeyd edək ki, "Karabakh" və "Karabakh.ru" səhifələrinin layihə rəhbərləri Arzu Jaeed @arzujaeed və Elnur Əliyevə @elnur_aliyev20 aiddir. 2019-cu ildə səhifələr yaradılan zaman komandanın qarşısına aydın məqsəd qoyulmuşdu - Prezident Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın işğaldan azad olunması istiqamətində ortaya qoyduğu siyasi iradəni, Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq, Azərbaycanın haqq səsini daha da uca səslə oxuculara təqdim etmək. Bu məqsədlə geridə qalan 5 il ərzində minlərlə xəbər postu, onlarla beynəlxalq kampaniyalar həyata keçirilib və səhifələr milyonlarla insana informasiya təqdim edib. Bu rəqəmlərin arxasında ölkəmizin maraqlarını müdafiə edən komandamızın hər bir üzvünün gərgin əməyi dayanır. Cəbhədə atəş səsləri eşidildikdə "Karabakh" və "Karabakh.ru" səhifələri informasiya müharibəsinin ön cəbhəsində dayandı. Bu səhifələr vasitəsi ilə rəşadətli ordumuzun qəhrəmanlığı barədə dünyaya dolğun informasiya çatdırıldı, ölkədən kənarda minlərlə insan həqiqəti öyrəndi.
Bu beş il ərzində reallaşan layihələr informasiya davamlılığı, vətənpərvərlik və milli ləyaqət əsas səhifələrin əsas simvoluna çevrilib. Bu səhifələrdə Bakıdan, Berlinə, İstanbula, Vaşinqtona, Nyu-Yorka, Londona bir sözlə bütün dünyayda oxucularımızı bir amal ətrafında birləşdirdi.
Beş yaşın mübarək "Karabakh" və "Karabakh.ru"! Qarabağ Azərbaycandır!
https://www.instagram.com/karabakh?igsh=MXFocmt2NXFvYmNq
https://www.facebook.com/share/1BstBxQnyS/?mibextid=LQQJ4d
https://www.instagram.com/karabakh.ru?igsh=aDZ2aTgxNmZwaXNs
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
-
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan...













