Artıq avtobusları İZLƏYƏ BİLƏCƏKSİNİZ! - AYNA yeni mobil tətbiqləri istifadəyə hazırlayır
AYNA ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır.
BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ölkənin bütün nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin geniş və məhdudiyyətsiz tətbiqi əsas hədəflərdən biridir. Texniki imkanlar nəzərə alınmaqla, yaxın dövrdə bu istiqamətdə mərhələli tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Məlumata görə, məqsəd ölkənin bütün ərazisində mobilliyi təmin etmək və multimodal daşımalarda vahid ödəniş kartından istifadənin mümkünlüyünü təmin etməkdir. Artıq Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını "CityCard" sistemi, NFC texnologiyası, bank kartları, eləcə də "Google Pay" və "Apple Pay" vasitəsilə ödəmək mümkündür.
AYNA-dan bildirilib ki, sərnişinlərə göstərilən xidmətin keyfiyyətini artırmaq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə yeni innovativ həllər hazırlanır. Hazırda test mərhələsində olan MaaS (Mobility as a Service) mobil tətbiqi vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real vaxt rejimində izləyə biləcəklər. Layihə ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıracaq, sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək.
Bundan əlavə, sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatlara daha rahat çıxışını təmin edən "Map AYNA" sistemi yenilənib və funksionallığı artırılıb. "Avtobus marşrut xətləri" bölməsi vasitəsilə sərnişinlər dayanacaqlar, marşrutlar, daşıyıcı şirkətlər və tariflər barədə məlumat əldə edə bilirlər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"BakuBus" Gəncə şəhərində sərnişindaşıma xidmətlərinə hazırlıq işlərini davam etdirir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Avtobuslarda bank kartı ilə ödəniş nə vaxt mümkün olacaq? - RƏSMİ AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN GÖRÜNTÜLƏR
-
Dövlət Sərhəd Xidməti Türkiyə təyyarəsinin qəzası ilə bağlı başsağlığı verib
-
Ayın səthində iki "sirli" parıltı aşkarlandı
-
Azərbaycanda məşhur muzey LƏĞV OLUNDU
-
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib
-
Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətindən çıxarılıb













