Daşkənddə terrorizmlə mübarizə üzrə MDB və ŞƏT-in konfransı keçiriləcək
Özbəkistanın paytaxtı Daşkənd şəhərind keçiriləcək genişmiqyaslı tədbirdə Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri müasir reallıqda terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində təcrübə mübadiləsi aparacaqlar.
“Far.Az” xəbər verir ki, bu barədə “TASS”a MDB Antiterror Mərkəzinin (ATM) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Özbəkistanın paytaxtında ilk dəfə olaraq MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə konfransı və ŞƏT-in Regional Antiterror Strukturunun (RATS) elmi-praktik konfransı birgə keçiriləcək.
Onların iştirakçıları MDB üzvü olan 20 dövlətin və ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli orqanlarının, o cümlədən MDB orqanlarının 9 işçi strukturunun və ŞƏT orqanının 2 orqanının nümayəndələri olacaqlar. Bundan əlavə, tədbirlərdə 6 beynəlxalq təşkilatın 10 səlahiyyətli orqanının, həmçinin MDB və ŞƏT ölkələrinin 22 elmi və təhsil təşkilatının nümayəndələri iştirak edəcək.
Vurğulanıb ki, terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində milli təcrübə mübadiləsi aparılacaq. İştirakçılar terrorizmə qarşı beynəlxalq əməkdaşlıq məsələlərini, həmçinin antiterror fəaliyyətinə elmi və maarifləndirici dəstəyin təkmilləşdirilməsi tədbirlərini müzakirə edəcəklər.
Konfrans sentyabrın 4 və 5-də baş tutacaq. İkinci gün, həmçinin MDB-yə üzv dövlətlərin səlahiyyətli orqanlarının “Şərq-Antiterror – 2024” birgə antiterror təliminin yekunu, ikinci və üçüncü mərhələləri baş tutacaq.
Xüsusi təyinatlı qüvvələrin tətbiqi ilə belə təlimlərin yekun mərhələsi ilk dəfə Özbəkistan ərazisində baş tutacaq.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi yüksək texnologiyalı protezlə təmin edilib
-
Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişib
-
Azərbaycana 330 min manatlıq aksiz markasız tütün məmulatının keçirilməsinin qarşısı alınıb
-
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
-
Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaları təsdiqləyib
-
Komitə: Xəqani parkındakı qanun pozuntusu aradan qaldırılıb