İlham Əliyev I Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təklif edib
Far.Az xəbər saytı

İlham Əliyev I Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təklif edib


Azərbaycan Prezidenti İlham Əliyev gələn il birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təklif edib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı bu təkliflə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edib.

Prezident vurğulayıb:

"Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.

Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm".

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşündə Prezident İlham Əliyev çıxış edib
TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər