Regionlarda sığortadan istifadə səviyyəsi AÇIQLANDI
Far.Az xəbər saytı

Regionlarda sığortadan istifadə səviyyəsi AÇIQLANDI


Regionlarda tibbi xidmətlərə əlçatanlıq artıb. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi nəticəsində vətəndaşların tibbi yardıma çıxışı paytaxtla yanaşı, bölgələrdə də əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Far.Az-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTS) bildirilib ki, bu artım statistik göstəricilərdə də öz əksini tapır. 2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində ümumilikdə 44 milyon 214 min 139 tibbi xidmət göstərilib. Bunun 42 faizi (18 milyon 393 min 441) Bakı şəhərinin, 58 faizi (25 milyon 820 min 698) isə regionların payına düşüb.

Qurumdan əlavə edilib ki, vətəndaşlara icbari tibbi sığorta hesabına özəl tibb müəssisələrində də xidmət almaq imkanı yaradılıb. Hazırda 200-dən çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq mövcuddur. Onların 70 faizi Bakıda, 30 faizi isə regionlarda fəaliyyət göstərir. Bu müəssisələr sırasında Bakı, Gəncə, Sumqayıtla yanaşı, Abşeron, Quba, Şəki, Lənkəran, Şirvan, Tovuz, Mingəçevir və digər rayonlar da yer alır.

Hazırda Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 adda tibbi xidmət təqdim olunur. Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, eləcə də Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutu və mərkəzində göstərilir.

Əgər zəruri tibbi xidmət dövlət müəssisəsində mövcud deyilsə, Agentlik tərəfindən vətəndaşa müqaviləli özəl müəssisəyə göndəriş verilir. Göndəriş əsasında tibbi müəssisəni seçmək hüququ isə vətəndaşın özünə məxsusdur.

İTS-dən bildirilib ki, bu mexanizm vətəndaş məmnunluğunu artırmaqla yanaşı, tibbi xidmətlərin bərabər və şəffaf əsasda göstərilməsini təmin edir.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər