Bakı-Quba yolunda ölümlə nəticələnən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
Oktyabrın 9-u saat 08:50-də Bakı-Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
İlkin məlumata əsasən, 1984-cü il təvəllüdlü, Bakı şəhər sakini Ruslan Ağammədov sürdüyü "Chevrolet" markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşmək yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır.
"Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır".
Oxşar xəbərlər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakıda yeni avtomobil yolunun inşasından GÖRÜNTÜLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər













