Mikayıl Cabbarov III MDB Oyunlarında iştirak edən güləşçiləri təbrik edib
Far.Az xəbər saytı

Mikayıl Cabbarov III MDB Oyunlarında iştirak edən güləşçiləri təbrik edib


Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov III MDB Oyunlarında uğur qazanan güləşçiləri təbrik edib.

Far.Az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib:

"Azərbaycanda keçirilən III MDB Oyunlarında güləşçilərimiz uğurlu nəticələr əldə ediblər. Yarışlarda iştirak edən 27 güləşçi 5 qızıl, 6 gümüş və 9 bürünc olmaqla medallar qazanıb.

İdmançılarımızı, onların məşqçilərini və bütün komandanı bu nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək yarışlarda onlara davamlı uğurlar arzulayırıq", - M.Cabbarov qeyd edib.

Oxşar xəbərlər

Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
Azərbaycan üzgüçüsü III MDB Oyunlarında qızıl medal qazanıb
AGF daha bir güləş zalını istifadəyə verib
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər