Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
Far.Az xəbər saytı

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Ş.M. Xiyabani küçəsində vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onyeddimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2013-cü il təvəllüdlü yeniyetməni yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.

Bundan əlavə, daxil olmuş məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən alpinist ləvazimatlarının köməyi ilə Nəsimi rayonu, Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə köməksiz vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü vətəndaşa müvafiq köməklik göstərilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Polis Akademiyasında Bakı şəhərinin məktəbliləri üçün  "Açıq qapı" tədbirlərinə start verilib
Bakıda yeniyetmə alpinist ləvazimatlarının köməyi ilə xilas edildi
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər