Sabah Yerdə maqnit qasırğası gözlənilir
Oktyabrın 13-də Yer kürəsində güclü geomaqnit aktivliyi müşahidə olunacaq. Mütəxəssislər bunun tam miqyaslı maqnit qasırğasına çevrilə biləcəyini bildirirlər.
Far.Az xəbər verir ki, Günəş astronomiyası laboratoriyasının məlumatına görə, maqnit qasırğasının başvermə ehtimalı 51 faiz təşkil edir ki, bu da kifayət qədər yüksək göstərici sayılır. Ümumi geomaqnit pozuntularının ehtimalı 35 faiz, sakit maqnit şəraitinin ehtimalı isə cəmi 14 faizdir.
Proqnoza əsasən, bu vəziyyət meteohəssas insanlarda narahatlıq yarada bilər. Qasırğa zamanı baş ağrısı, təzyiqin dəyişməsi, yuxu pozğunluğu və ümumi halsızlıq kimi əlamətlər müşahidə oluna bilər.
Mütəxəssislər insanlara stressdən uzaq durmağı, sağlamlıqlarına nəzarət etməyi və fiziki yüklənməni azaltmağı tövsiyə edirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Neftçalada bazarda baş verən yanğın söndürüldü
-
"Instagram"da yazdıqdan 10 gün sonra evlilik təklifi etdi"
-
İslamiadanın gümüş medalçısı: "Hədəfim Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaqdır"
-
Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı
-
Kamran İbrahimov: "Bəylik kürsümə asılan bayrağı Hadrutdakı yüksəkliyə sancdıq"
-
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub













