AZAL-ın ikinci yeni "Airbus A320neo" təyyarəsi Bakıya gətirilib
"Azərbaycan Hava Yolları" (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni "Airbus A320neo" təyyarəsini öz parkına əlavə edib.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı yaradır.
"Airbus A320neo" sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün genişləndirilmiş rəflər və erqonomik oturacaqlarla təchiz olunub. Həm biznes, həm də ekonom sinifdə səyahət edən sərnişinlər üçün komfortlu şərait yaradılıb. Təyyarədə əyləncə sistemi və sürətli "Wi-Fi" xidməti mövcuddur. Biznes sinfi sərnişinləri və "AZAL Miles" proqramının müəyyən statuslu üzvləri "Wi-Fi" xidmətindən ödənişsiz yararlana biləcəklər.
Yeni nəsil mühərriklər və təkmilləşdirilmiş aerodinamika sistemi sayəsində "Airbus A320neo" əvvəlki modellərlə müqayisədə yanacaq sərfiyyatını və CO₂ emissiyalarını əhəmiyyətli dərəcədə azaldır.
Qeyd edək ki, ilk "Airbus A320neo" təyyarəsi AZAL donanmasına 2025-ci ilin sentyabr ayında daxil edilib. Aviaşirkətin inkişaf planına əsasən, 2032-ci ilədək donanma 30-dan çox yeni təyyarə ilə genişləndiriləcək. Bu, AZAL-a regionun ən müasir və enerji baxımından səmərəli təyyarə parklarından birini formalaşdırmağa imkan verəcək.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
AZAL donanmasına yeni "Airbus A320neo" təyyarəsini əlavə edib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Neftçalada bazarda baş verən yanğın söndürüldü
-
"Instagram"da yazdıqdan 10 gün sonra evlilik təklifi etdi"
-
İslamiadanın gümüş medalçısı: "Hədəfim Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaqdır"
-
Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı
-
Kamran İbrahimov: "Bəylik kürsümə asılan bayrağı Hadrutdakı yüksəkliyə sancdıq"
-
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub













