Bugün
KİV: ABŞ “Crocus City Hall”dakı terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib KİV: ABŞ “Crocus City Hall”dakı terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib
Ukrayna SQ üçün “Zirehli döyüş texnikası Koalisiyası” yaradılıb Ukrayna SQ üçün “Zirehli döyüş texnikası Koalisiyası” yaradılıb
Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
Qırğızıstanın əmək nazirliyi: Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir Qırğızıstanın əmək nazirliyi: Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb “Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb
Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib
Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib “Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

27-04-2022, 11:27 756

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib. Far.Az xəbər verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib.

"Far.Az" xəbər verir ki, dövlət başçısı ilk növbədə İliya Darçiaşvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ölkələrimizin və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə əsaslandığını bildirib, əlaqələrimizin möhkəm təməllər üzərində qurulduğunu deyib.

Dövlət başçısı ötən 30 il müddətində Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin regional sabitlik və əməkdaşlıq işində mühüm amil olduğunu bildirib.

İqtisadi sahədə əməkdaşlığa toxunan Azərbaycan Prezidenti xüsusilə nəqliyyat sferasında yeni imkanların olduğunu vurğulayıb.

Cənubi Qafqazın inkişafı ilə bağlı ölkələrimizin birgə baxışlarının olduğunu deyən Prezident İlham Əliyev xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirib və Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə edib.

İliya Darçiaşvili Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Bakıda çox səmərəli görüşlər keçirdiyini bildirən İliya Darçiaşvili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcini deyib. Qonaq Azərbaycan Prezidentinin əlaqələrimizin inkişafına verdiyi dəstəyi Gürcüstan tərəfinin yüksək qiymətləndirdiyini bildirib. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Gürcüstanın xarici işlər naziri əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Energetika

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Region

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Region

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
Peskov terror aktında “Ukrayna izi”nin olmasını təsdiqləməyib: Hələlik rəsmi versiya açıqlanmayıb

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Region

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Latviya XİN rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib
“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

Region

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb

“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

Region

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 

İraqın şimalından qaçan PKK terrorçusu təslim olub 
Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Region

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik

Ərdoğan: Qəzza ilə bağlı BMT qətnaməsinin icrasına səy göstərəcəyik