

Çin Afrika ölkələrinin hərbçilərinə təlimlər keçəcək
Çin Afrika ölkələrinin hərbçilərinə təlim sahəsində dəstək verəcək, qitə ölkələrindən olan 6 min hərbi qulluqçusunu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşı üçün təlim təşkil edəcək.
"Far.Az"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun (ÇAƏF) IX Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.
"Çin Afrikadan 6 min hərbi qulluqçu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşının təlimini təmin edəcək. Biz regiondan 500 gənc zabiti ölkəmizə dəvət edəcəyik", - deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, bu proqram Çinin qlobal təhlükəsizlik təşəbbüsünə uyğun olaraq həyata keçiriləcək. Onun sözlərinə görə, Çin bu layihənin gerçəkləşməsi üçün 1 milyard yuan (140 milyon dollar) ayıracaq.
"Çin və Afrika tərəfi birgə təlimlər, məşqlər və patrul, "Minasız Afrika" tədbirləri keçirəcək", – ÇXR sədri əlavə edib.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB-1
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əzəli rəqiblərin ticarət MÜHARİBƏSİ: Coca-Cola Pepsi-ni geridə qoyur
-
Məşhur aktyor xəstəlikdən əziyyət çəkən oğlunu sığınacağa yerləşdirdi
-
78 yaşlı sənətçi 39 yaşlı sevgilisindən ayrılıb? - FOTO
-
Bir sıra şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb
-
Naxçıvanda bacısını öldürən şəxs: "Namusumu küçələrə atmısan"
-
Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM