Xankəndi, Ağdərə və Xocalı sakinlərinin istifadəsinə verilən ev və mənzillərin sayı açıqlanıb
Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19 yaşayış məntəqəsində, o cümlədən Xankəndinin Kərcicahan qəsəbəsində, Ağdərənin 7, Xocalının isə 11 kəndində əhalinin köçürülməsi istiqamətində işlər aparılır.
Far.Az xəbər verir ki, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilən məlumata görə bunu Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar" mövzusunda konfransında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib
O qeyd edib ki, hazırkı dövrədək 1141 ev və mənzil təmir və bərpadan sonra sakinlərin istifadəsinə verilib, nəticədə 1141 ailə, yəni 4468 keçmiş məcburi köçkün doğma torpaqlarında daimi məskunlaşıb.
"Ümumilikdə isə hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 mindən artıq şəxs yaşayır. Bölgədə hər bir sakin sosial, təhsil və digər zəruri xidmətlərlə tam təmin olunub", - deyə E. Yusubov qeyd edib.
Oxşar xəbərlər
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu federasiyada qazaxıstanlı idman direktoru təyin olundu
-
Hande ilə Barışın serialı uğursuz oldu
-
Bu rayonun icra başçısının müavini və daha iki nəfər HƏBS EDİLDİ
-
Rəqəmsal islahatların yeni mərhələsi: Yeniliklər vətəndaşa nə verəcək?
-
Bakıda avtobus şüşələri sındırılmış vəziyyətdə idarə olunub?
-
Gökhanla Özge tərəf müqabili oldu













