712 heyvan kəsimi və ət satışı mağazası cəzalandırılıb
"Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Prezidentin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.
BAKU.WS AQTA-ya istinadən xəbər verir ki, tədbirlər çərçivəsində bu ilin əvvəlindən 3 noyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib.
Monitorinq zamanı 712 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 67-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.
Bundan başqa, 1276 halda ətlərin soyuducuda saxlanılmadığı, 1297 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağ Evin Jurnalistlər Assosiasiyası NYT əməkdaşlarının məhkəməyə çağırılmasını tənqid edib
-
Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər
-
Mir Şahin Ağayev və Radik İsmayılov "Media Masası"nda
-
İsrail Livanda "Hizbullah"a silah daşıyan radikallara zərbə endirib
-
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb
-
ABŞ İrana qarşı üçüncü zərbələr dalğasını başa çatdırıb













