Vergi ilə bağlı mərhələli keçid təklif edilir
"Biz 2019-cu ildən etibarən gəlir vergisi üzrə özəl sektorda güzəşt tətbiq etmişdik. Növbəti il yanvarın 1-dən vergi güzəştlərinin müddəti bitir. Bu il bizim Vergi Məcəlləsi ətrafında apardığımız müzakirələr məhz bu məsələ idi, müxtəlif fikirlər səslənirdi. Son olaraq, gəldiyimiz nəticə bu gün təqdim olunan qanunda öz əksini tapır".
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
"Biz sırf mövcud qanunvericiliyə riayət etsəydik, yanvarın 1-dən özəl sektorun da ümumi qanunvericilik çərçivəsində vergiyə cəlb olunmasına başlanmalı idi. Bu da sərt keçid ola bilərdi və öz növbəsində iqtisadiyyata xoşagələn təsirlərlə nəticələnməyə bilərdi. Biz bugünkü təqdim olunan layihədə mərhələli keçidi təklif edirik. Bu, 3 illik dövrü əhatə edəcək. 1 yanvar 2026-ci ildən 2500 manata qədər olan gəlirdən 3%, 2027-ci ildən 5% və 2028-ci ildən artıq 7% verginin tətbiq olunması, 2500-8000 manat arasında 10% və 8000 manatdan yuxarı 14% vergi dərəcələrinin tətbiqi nəzərdə tutulur" - nazir müavini bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın "Çelsi" ilə oyundan sonra qazandığı məbləğ məlum oldu
-
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib
-
Yatarkən ehtiyatlı olun - Mütləq...
-
Qurban Qurbanov: "Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm"
-
Putin nüvə silahı sınaqlarına hazırlıqla bağlı tapşırıq verdi
-
71 saylı avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR! YENİLƏNDİ...













