Okan Buruk "Qarabağı" təriflədi: "Qurbanovun uğuru təsadüf deyil"
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk idman şərhçisi Ertem Şenerin "Adam Adama" verilişində çıxışı zamanı "Qarabağ"lı həmkarı Qurban Qurbanovu tərifləyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Buruk Azərbaycana salam göndərərək, Qurbanovun uğurlarının qətiyyən təsadüf olmadığını deyib.
"İlk növbədə, Azərbaycana sevgi və salamlarımı göndərirəm. Zəfər Gününü təbrik edirəm. Meydandan kənar uğurlar meydandakı qələbələr qədər vacibdir. Biz də azərbaycanlı qardaşlarımızla eyni hissləri bölüşürük. Qurban Qurbanov və "Qarabağ" komandası bunun bariz nümunəsidir.
İki il əvvəl Bakıda yoldaşlıq oyunu oynadıq və o zaman başa düşdüm ki, bu uğurlar təsadüfi deyil. Onlar "Benfika"ya qarşı çox yaxşı çıxış etdilər və "Çelsi" matçında da qalib gələ bilərdilər", - deyə o bildirib.
"Qalatasaray"ın çalışdırıcısı Azərbaycan azarkeşlərinin onları səmimi qarşılamasını da unuda bilməyəcəyini deyib:
"İki il əvvəl Azərbaycana gedəndə saat 1:30-da hava limanına eniş etdik və inanılmaz izdiham var idi. Bəlkə də ilk dəfə idi ki, bizi belə qarşılayırdılar", - deyə Okan Buruk xatırlayıb.
O, "Qarabağ"ın bir sıra oyunçularının Türkiyə liqasında oynama ehtimalı ilə bağlı danışıb:
"Onların hamısı çox dəyərli oyunçulardır. Amma oradakı uğurlarından məmnundurlar, ona görə də başqa komandaya keçmək istəmirlər. "Qalatasaray"da da vəziyyət eynidir. Gələnlər asanlıqla getmək istəmirlər, gedənlər isə həmişə xatırlayırlar", - baş məşqçi qeyd edib.
Oxşar xəbərlər
Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener Bakıya gəlib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Okan Buruk "Qalatasaray"ın oyununa azərbaycanlı hakim təyin edilməsini istəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Azərbaycanda rels avtobuslarının tətbiqi ilə bağlı AÇIQLAMA
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb
-
2026-cı ildə Ukraynanı nə gözləyir?













