Azərbaycanda yeni LAYİHƏ - 1,4 milyon manat ayrıldı
Azərbaycanda vətəndaşların sağlam həyat tərzinə təşviqi məqsədilə daha bir genişmiqyaslı infrastruktur layihəsinə start verilir.
Far.Az-in əldə etdiyi məlumata görə, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən "Sağlam məhəllə" layihəsi çərçivəsində 16 rayonda açıq idman meydançalarının tikintisi və müasir avadanlıqlarla təchizatı nəzərdə tutulub.
Layihənin ümumi dəyəri 1 milyon 474 min manat təşkil edir. Tender çərçivəsində hər bir rayonda açıq hava şəraitində idman fəaliyyəti üçün şərait yaradılacaq. Bu məqsədlə meydançalar uşaqlar və gənclər üçün trenajor avadanlıqları, tennis stolu, şahmat masası kimi elementlərlə təchiz ediləcək.
Məqsəd regionlarda sağlam həyat tərzinin təbliği, gənclərin və uşaqların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda məhəllə infrastrukturunun yenilənməsidir.
Yeni meydançaların istifadəyə verilməsi ilə 16 rayonda yüzlərlə sakin açıq havada idmanla məşğul olmaq imkanı qazanacaq.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Bakıda valideynlər məktəbin bağlı qalmasına görə etiraza qalxdılar
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib













