Bakıda poliklinikanın həyətindəki sürüşməyə magistral su xətti səbəb olub?
Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsinə səbəb olan ərazidən magistral su xətti keçmir.
Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumatda qeyd edilib ki, adı çəkilən ərazidən Xətai Rayon Sukanal İdarəsinə məxsus heç bir su xətti keçmir. Həmin ərazidə sızma park ərazisindəki daxili xətlərdə baş verib.
Xətai Rayon İcra Hakimiyyətinin sözçüsü Pənah İmanov isə bildirib ki, həmin ərazinin suvarılması üçün daxili xətlər çəkilib:
"Daxili xətlərdən birində beş verən qəza nəticəsində ərazidə sürüşmə olub. Xətt bərpa olunub və qəza aradan qaldırılıb".
*** 10:15
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üzərinə tökülüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.
Qalereya
Oxşar xəbərlər
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib













