Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur
Bakıdakı 298 nömrəli məktəbin rəhbərliyinin göstərişi ilə şagirdlərdən pul yığıldığı iddia olunur.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 298 nömrəli məktəbin 2-ci sinif şagirdlərinin valideynləri belə bir iddia ilə müraciət ediblər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, valideynlərin adından çıxış edən Sevinc Əliyevanın sözlərinə görə, hər ay bəzi siniflərdən pul tələb edilir. Sinif rəhbərinin yanına hazırlığa gedən şagirdlər isə bu məbləğləri ödəmirlər.
Sevinc Əliyevanın iddiasına görə, pul yığılması ilə bağlı direktora etiraz bildirildikdə isə Tuqay Rzazadə onu Elm və Təhsil Nazirliyinə şikayət edəcəyini deyib.
Valideyn Sevinc Əliyeva deyir ki, daha əvvəl 298 nömrəli məktəbdə çalışan direktorlar rüşvət məsələsinə görə işdən kənarlaşdırılıblar. Tuqay Rzazadə isə bu il həmin məktəbdə bu kimi halların qarşısını almaq məqsədilə direktor təyin edilib, lakin vəziyyət dəyişməyib.
Valideynlərin dediyinə görə, şagirdlərin ekskursiyaya aparılması üçün onlardan 20, 30, hətta 50 manat, hədiyyələrin alınması və bayramlar üçün isə müxtəlif vaxtlarda 5 manat pul yığılıb.
Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, 298 nömrəli tam orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı İdarə tərəfindən araşdırma aparılacaq. O da qeyd edilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
"Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - deyə qurumdan bildirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günel Bəhramqızına yüksək vəzifə verildi
-
Balakən Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
-
Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub
-
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin "qara qutu"su tapılıb
-
Elman Nəsirovun qızı: "Atam heç bir yardım etmədi"
-
Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir













