Ermənistanda bir polisi öldürən, digərini yaralayan şəxs yaxalanıb
Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində polis əməkdaşlarının öldürülməsində və qətl törətmək cəhdində şübhəli bilinən 41 yaşlı Manuk Marqaryan saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. O, daha əvvəl axtarışa verilmişdi.
Qeyd olunur ki, Marqaryan sentyabrın 8-də saat 02:40-da Armavir vilayətinin Nalbandyan icmasında aşkarlanıb. Hazırda İstintaq Komitəsindədir.
Onun cinayəti törətdiyi avtomat da tapılıb.
Xatırladaq ki, hadisə dünən olub. Nalbandyan kəndində silahlı insidentdə bir polis əməkdaşı ölüb, digəri yaralanıb. Polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.
İki polis əməkdaşı yaralanıb, onlar xəstəxanaya çatdırılıb, yaralılardan biri ölüb.
Oxşar xəbərlər
Ermənistanda polisə atəş açılıb, ölən və yaralanan var
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bu gün Beynəlxalq İtkinlər Günüdür
Ermənilər tərəfindən törədilən Ballıqaya qətliamının ildönümüdür
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real"ın kapitanı ciddi zədə alıb
-
Tramp: Bütün dünya ABŞ-a gülür
-
Azərbaycan millisi Avstraliya ilə qarşılaşacaq
-
Sabah 28 dərəcə isti olacaq
-
COP29 ekoloji fəlakət yaşayan müstəmləkələrin hüquqlarının müdafiəçisi rolunda çıxış edə bilər - TƏHLİL
-
Lənkəranda avtomobil aşaraq hasara çırpılıb, ölən və xəsarət alanlar var