Əziz Ələkbərli: "QAİ-nin 11 müraciəti BMT-də əsas sənəd kimi yayımlanıb"
Far.Az xəbər saytı

Əziz Ələkbərli: "QAİ-nin 11 müraciəti BMT-də əsas sənəd kimi yayımlanıb"


"Qərbi Azərbaycan İcmasının 11 müraciəti BMT-də əsas sənəd kimi yayımlanıb".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan İclasının (QAİ) idarə heyətinin sədri, deputat Əziz Ələkbərli "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı beynəlxalq elmi konfransındakı çıxışında deyib.

Sədr bildirib ki, Qərbi Azərbaycan İcmasının əsas hədəfi tarixi torpaqlarımıza qayıdış hüququnu təmin etməkdir və burada əsas istinad nöqtəsi beynəlxalq hüquqdur:

"QAİ olaraq əsas hədəfimiz insanlarımızın öz evlərinə dinc qayıdışını təmin etməkdir. Bununla bağlı xarici ölkələrlə və təşkilatlarla dialoqdayıq. Həmçinin BMT-də yayımlanan sənədlərdə vurğulanıb ki, biz birgəyaşayışa, dinc qayıdışa hörmət edirik".

O xatırladıb ki, 1987-1991-ci illərdə Ermənistanda 200-dən çox vətəndaşımız vəhşicəsinə qətlə yetirilib, 400-dən çox insanımız yaralanıb:

"Ermənistan bu məsuliyyətdən boyun qaçırır. Həmçinin tarixi abidələr dağıdılıb. Bu bəşəri cinayətdir. Bundan başqa, 8 avqustda baş tutan Vaşinqton görüşündən sonra erməni tərəfi Qərbi Azərbaycan İcmasının fəaliyyətini dayandırdığını iddia etdi. Bu yalan idi. Prezident İlham Əliyev Milli Elmlər Akademiyasındakı çıxışında bu məsələyə xüsusi diqqət ayırdı və bir dəfə bəyan etdi ki, Qərbi Azərbaycan məsələsi dövlətimizin əsas prioritetlərindən biridir".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər