"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Far.Az xəbər saytı

"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb


Medianın İnkişafı Agentliyi və "Euronews" telekanalının birgə təşəbbüsü ilə keçirilən "Euronews Academy" beynəlxalq tədris proqramı çərçivəsində noyabrın 17-dən 20-dək davam edən "Rəqəmsal Jurnalistika ("Digital Journalism")" mövzusunda növbəti təlim modulu başa çatıb.

BAKU.WS xəbər verir ki, təlimin ilk iki günündə "Euronews" telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya tərəfindən "Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika" mövzusunda təlim keçilərək iştirakçılara rəqəmsal mühitdə informasiya toplama, faktların yoxlanılması və analitik təqdimat üsulları barədə geniş məlumat verilib.

Proqramın üçüncü günü "Sosial media və "YouTube" kanallarının idarə olunması" mövzusuna həsr edilib. "Euronews"un Yunan xidməti və "Euronews" Daşkənd Bürosunun rəhbəri Akis Tatsis rəqəmsal platformalarda kontent strategiyasının qurulması, paylaşımların effektivliyinin artırılması barədə iştirakçıları məlumatlandırıb.

Təlim proqramının son günündə isə A. Tatsis "Mobil jurnalistika" mövzusu çərçivəsində iştirakçılara mobil telefon vasitəsilə operativ çəkilişin aparılması, kompozisiya və işıqlandırma üzrə düzgün yanaşmalar, səsin keyfiyyətli yazılması, eləcə də foto və videomaterialların mobil redaktə alətləri vasitəsilə işlənməsi qaydalarını izah edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər