Latviya Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb
Far.Az xəbər saytı

Latviya Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb


Latviya Xarici İşlər Nazirliyi (XİN) ölkənin şərqində keçən həftə aşkar edilmiş Rusiya pilotsuz təyyarəsi ilə əlaqədar bu ölkənin müvəqqəti işlər vəkilini çağırıb.

"Far.Az" xəbər verir ki, bu barədə Latviya XİN-in məlumatında deyilir.

"Rusiyanın müvəqqəti işlər vəkilindən PUA-nın qanunsuz olaraq Latviyanın hava məkanını pozduğu barədə tam izahat verməsi xahiş edilib", - məlumatda qeyd olunur.

Diplomata Rezekne rayonunda "Şahed" tipli hərbi təyinatlı pilotsuz uçuş aparatının aşkar edilməsi ilə əlaqədar qəti etiraz bildirilib.

Latviya hakimiyyəti hadisənin təfərrüatları ilə bağlı dərin araşdırma aparmağa davam edir. Latviya diplomatik kanallarla müttəfiqlərini, NATO və Aİ rəhbərliyini məlumatlandırıb.

Oxşar xəbərlər

Latviya və Rumıniyadakı dron insidentləri NATO-da müzakirə ediləcək
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunub
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər