Bolqarıstan sularında 13 ölkənin iştirakı ilə hərbi təlimlər keçiriləcək
Bolqarıstanın akvatoriyasında 13 ölkənin nümayəndələrinin iştirakı ilə sentyabrın 20-dək keçiriləcək beynəlxalq “Sea Breeze” təliminə start veriləcək.
“Report”un Bolqarıstan Teleqraf Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin komandanı kontradmiral Kiril Mixaylov və ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının komandanı vitse-admiral Tomas İşi Varna şəhərində keçirdiyi brifinqdə bildiriblər.
“Təlimdə əsas məqsəd üzən və dib minalarla mübarizədə taktiki hərəkətlərin və texnikanın məşq edilməsidir”, – Mixaylov diqqətə çatdırıb.
İşi əlavə edib ki, Rusiya – Ukrayna müharibəsi ilə əlaqədar Qara dənizdə 105 dəniz minası aşkar edilib və onlarla insident nəticəsində azı 5 gəmi zədələnib.
“Məqsədimiz ölkələrin birgə işləmək bacarıqlarını təkmilləşdirmələri və bu cür döyüş sursatlarını məhv etmək üçün müxtəlif taktikalardan istifadə etmələridir. Hər bir ölkə üzən minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üsullarını nümayiş etdirəcək. Bəzi əməliyyatlar sahildə aparılacaq, burada müxtəlif minatəmizləmə vasitələri nümayiş etdiriləcək”, – amerikalı komandir qeyd edib.
Xatırladaq ki, 2024-cü il yanvarın 11-də Qara dənizdə Türkiyə, Rumıniya və Bolqarıstandan ibarət birgə minalara qarşı hərbi dəniz qrupunun yaradılması haqqında memorandum imzalanıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze"də açılış mərasimində - YENİLƏNİB
Prezident və birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real"ın kapitanı ciddi zədə alıb
-
Tramp: Bütün dünya ABŞ-a gülür
-
Azərbaycan millisi Avstraliya ilə qarşılaşacaq
-
Sabah 28 dərəcə isti olacaq
-
COP29 ekoloji fəlakət yaşayan müstəmləkələrin hüquqlarının müdafiəçisi rolunda çıxış edə bilər - TƏHLİL
-
Lənkəranda avtomobil aşaraq hasara çırpılıb, ölən və xəsarət alanlar var