"Yango" Formula 1 Qran Prisi ərəfəsində tətbiqini yeniləyib və “Ən tez” xidmətini istifadəyə verib
Far.Az xəbər saytı

"Yango" Formula 1 Qran Prisi ərəfəsində tətbiqini yeniləyib və “Ən tez” xidmətini istifadəyə verib


Sentyabrın 13-dən 15-dək Bakıda Formula 1 yarışlarının növbəti mərhələsi - Azərbaycan Qran Prisi keçiriləcək. Bu, Bakı üçün mühüm tədbirdir: Bakıya çoxlu xarici turist gələcək, şəhərin mərkəzi yolları isə bağlanacaq, çünki yarış trası şəhər küçələrindən keçir.

“Yango” servisindən istifadə edən şəhər sakinlərinin və qonaqların Bakıda rahat hərəkət etməsi, sürücülərin isə sifarişləri yerinə yetirməkdə çətinlik çəkməməsi üçün “Yango” tətbiqinə mühüm dəyişikliklər edilib.

Nəqliyyatın hərəkəti üçün bağlı olan küçələrdə avtomobil sifariş etmək mümkün olmadığından bu ərazilər qırmızı rənglə işarələnəcək, çatdırılma məntəqəsi isə ən yaxın əlçatan küçəyə köçürüləcək. Səfər marşrutları ən optimal şəkildə - nəqliyyatın hərəkətinə icazə verilən küçələr vasitəsilə salınacaq. "Yango" istifadəçiləri səfərin təxmini vaxtını və xəritədə dəyişdirilmiş marşrutu görəcəklər.

Bundan əlavə, Azərbaycan Qran Prisi münasibətilə "Yango" tətbiqində “Ən tez” xidməti yaradılıb. Bu xidmət eyni anda bir neçə tarifdə mövcud avtomobilləri axtarmağa və ünvana ən tez çata bilən avtomobili seçməyə imkan verəcək. Xidmətdən yararlanmaq üçün tarif panelində “Ən tez” işarəsi üzərinə klik etmək, müvafiq tarifləri seçmək və sifariş vermək lazımdır.

Həmçinin, tədbir müddətində "Yango" tətbiqində əks olunan avtomobil nişanlarında Formula 1 çempionatı iştirakçılarının nömrələri qeyd olunacaq.

“Formula 1 yarışlarının bir mərhələsinin Bakıda keçirilməsi bizim üçün mühüm hadisədir. İstifadəçilərimizin hətta yolların bağlı olduğu şəraitdə belə şəhərdə rahat hərəkət etməsini və Qran Prinin atmosferini hiss edə bilməsini istəyirik. Ümid edirik ki, tətbiqin yenilənməsi şəhərimizin sakinlərinin və qonaqlarının servisdən daha rahat istifadə etməsinə kömək edəcək”, - “Yango” şirkətindən bildirilib.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
"Formula 1" keçirilən küçələr sentyabrın 7-dən nəqliyyatın hərəkəti üçün bağlanacaq
Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
"Formula 1"ə görə bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər