Fərid Qayıbov TDT gənclər və idman nazirlərinin səkkizinci iclasında çıxış edib
Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin səkkizinci iclası keçirilib.
Gənclər və İdman Nazirliyindən "Far.Az"a verilən məlumata görə, tədbirdə nazir Fərid Qayıbov da çıxış edərək Basqaldakı iclasın davamının Astanada da uğurla nəticələnəcəyinə inandığını bildirib.
F.Qayıbov Türk dövlətləri ilə əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə də danışıb. O, Azərbaycanın TDT çərçivəsində bir sıra ortaq layihələri uğurla həyata keçirdiyini, bu cür tədbirlərlə gələcəkdə daha çox və davamlı uğurların birgə qazanılacağına inandığını bildirib.
Nazir çıxışının sonunda həmkarlarını Lənkəranda 2024-cü il üçün “Türk Dövlətləri Təşkilatının Gənclər Paytaxtı”nın bağlanış mərasiminə, eləcə də gələn il Azərbaycanda keçirilməsi planlaşdırılan "Türk Dövlətləri Təşkilatı İdman Könüllülərinin I Forumu"na dəvət edib.
Tədbirdə çıxış edən digər ölkələrin nazirləri bundan öncəki iclasa uğurla ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür ediblər.
Türk dövlətlərinin Olimpiya həmrəyliyindən danışan Özbəkistanın idmanın inkişafı naziri Adxam İkramov "Paris-2024" Olimpiadasında Azərbaycan cüdoçularının uğurlu çıxışını da xüsusi qeyd edib və bu münasibətlə həmkarı Fərid Qayıbovu təbrik edib.
İclasda Türk dövlətləri arasında gənclər və idman sahələrində əməkdaşlıq, birgə layihələrin icrası və digər məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Gələn il Azərbaycanda TDT ölkələrinin daxili işlər nazirlərinin ikinci iclası keçiriləcək
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır













