"Kənddən Şəhərə" yarmarkasında satıcılara nə pulsuz təqdim olunur?
Son aylarda kənd təsərrüfatı sektorunda baş verən yeniliklər xüsusilə fermerlər arasında böyük maraq doğurur. Məhsulların bazara daha sərfəli qiymətlərlə çıxarılması, satış kanallarının genişləndirilməsi və vasitəçi xərclərinin azaldılması ilə bağlı müzakirələr gündəmdə qalmaqda davam edir.
Far.Az-in məlumtına görə, bu fonda "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən Bakıda təşkil edilən kənd təsərrüfatı yarmarkalarının rolu cəmiyyətin diqqət mərkəzinə çevrilib.
Fermerlərin bazara çıxış imkanları, onların əldə etdiyi real fayda və yarmarkalarda iştirak dinamikası həm mütəxəssislər, həm də istehlakçılar tərəfindən yaxından izlənilir.
"Aqrar Tədarük və Təchizat İdarəsi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nilüfər Mustafaqızı Far.Az-ə bildirib ki, fermerlərin "Kənddən Şəhərə" yarmarkalarında məhsullarını satmaları üçün piştaxta, tərəzi, önlük və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar:
"Bildirmək istəyirik ki, 2025-ci il dekabr ayının 3-nə kimi 22 "Kənddən Şəhərə" həftəsonu yarmarkası keçirilib, ümumilikdə 130-a yaxın fermer öz məhsullarını satışa çıxarıb. Əlavə olaraq 18 oktyabrdan 11 noyabra qədər 25 gün bal yarmarkası keçrilmişdir və 284 nəfər arıçı fermer iştirak edib".
Orxan Hüseyn
Oxşar xəbərlər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Bakıda valideynlər məktəbin bağlı qalmasına görə etiraza qalxdılar
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib













