Polis bölgələrdə erkən nikahla bağlı hərəkətə keçdi
Polis əməkdaşları tərəfindən əhali arasında hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə erkən nikahın fəsadları və məişət zorakılığına qarşı mübarizə mövzularında tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Far.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Şirvan, Hacıqabul, Cəlilabad, Göyçay, Göygöl, Şabran, İsmayıllı və Füzuli şəhər və rayonlarında ictimai yerlərdə vətəndaşlarla görüşlər keçirib, geniş izahat və məlumatlandırma işləri aparıblar.
Polis əməkdaşları vətəndaşlara erkən nikahların qanunvericiliklə qadağan olunduğunu və belə hallara yol verən şəxslərin məsuliyyət daşıdıqlarını bildirib. Eyni zamanda, məişət zorakılığı ilə bağlı müdafiə mexanizmləri, müraciət qaydaları və zərərçəkmiş şəxslər üçün mövcud yardım imkanları barədə ətraflı məlumat verilib.
Tədbirlər zamanı maarifləndirici bukletlər paylanıb, bu cür görüşlərin cəmiyyətdə hüquqi məlumatlılığın artırılmasına və risklərin vaxtında qarşısının alınmasına mühüm töhfə verdiyi sakinlərin diqqətinə çatdırılıb.
Qalereya
Oxşar xəbərlər
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslər ƏLƏ KEÇDİ
Bakı polisi avtobus, moped və motosikletlərlə bağlı hərəkətə keçdi
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Bakıda valideynlər məktəbin bağlı qalmasına görə etiraza qalxdılar
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib













