“Bildiyiniz kimi, Laçında beynəlxalq hava limanının tikintisi davam etməkdədir. Eləcə də Zəngilanda hava limanı bu il açılacaq”.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlətimizin başçısının sözlərinə görə, Laçında hava limanı, yəqin ki, 2024-cü ildə açılacaq.
BAKU.WS