Sabunçuda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti dayandırıldı
Far.Az xəbər saytı

Sabunçuda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti dayandırıldı


Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, ev 15 ünvanında yerləşən, fiziki şəxs Seymur Elşən Bağırova məxsus "Məhəllə 1" kafesində yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, xammallar üçün anbar sahəsinin təşkil edilmədiyi, mətbəxdə tavandan izolyasiya edilməmiş kanalizasiya borusunun keçdiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.

Oxşar xəbərlər

Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
AQTA-dan 14 keytrinq xidməti müəssisəsində yoxlama - Nöqsanlar aşkarlanıb
Bakıda ictimai iaşə obyektində YOXLAMA - Bu nöqsanlar aşkarlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər