Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 26,5 faiz artıb
Far.Az xəbər saytı

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 26,5 faiz artıb


Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev ilə görüş keçirib. Görüşdə tərəflər iki dövlətin işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin qurulmasının və regionlararası əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər.

“Report” xəbər verir ki, bu barədə Özbəkistanın müvafiq nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, tərəflər iki dövlət başçıları arasında isti, etimad münasibətlərinə əsaslanan ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafındakı müsbət dinamikanı alqışlayıblar.

“2023-cü ilin yekunlarına görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 26,5 % artıb. Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta daşınmaz əmlak, energetika, xidmət, zərgərlik məmulatlarının istehsalı, qida və yüngül sənaye sahələrində 230 müəssisə fəaliyyət göstərir”, - məlumatda qeyd olunub.

Vurğulanıb ki, qarşılıqlı faydalı çoxlu böyük investisiya layihələri həyata keçirilir.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin avqustunda Özbəkistana dövlət səfəri zamanı şəhər infrastrukturunun inkişafı, sənaye istehsalı, kimya sənayesi və İT kimi sahələrdə əldə olunmuş razılaşmaların icrasının sürətləndirilməsi ilə bağlı tədbirlər də müzakirə edilib.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər