Armen Qriqoryan: "İndi biz münaqişəni deyil, sülhü necə möhkəmləndirməyi müzakirə edirik"
"2025-ci il avqustunda Vaşinqton şəhərində baş tutan və Ermənistanla Azərbaycan arasında sazişlə nəticələnən sammit regiona sülh gətirən və bütün ab-havanı dəyişən çox böyük uğurdur".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha forumu çərçivəsində "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı panel müzakirəsində bildirib.
"İndi biz münaqişəni deyil, sülhü necə möhkəmləndirməyi müzakirə edirik", - A.Qriqoryan deyib.
Qriqoryanın sözlərinə görə, gələcəkdə sülh sazişinin ratifikasiyası və regionun iqtisadi baxımdan blokdan çıxarılması böyük və tarixi uğur olan sazişin institutlaşdırılmasının tərkib hissələridir.
O, qarşılıqlı asılılıq şəraitində iqtisadi əlaqələrin artırılmasının ölkəsi üçün prioritet olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub













