"Çingiz xanın nəvəsinin məzarı buradadır" - Lerikin dağ kəndindən REPORTAJ
Baku TV-də yayımlanan "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Lerikin dağlar qoynunda yerləşən ən səssiz yaşayış məntəqələrindən biri - Cəngəmiran kəndinə səyahət edilib.
Təxminən 1 200 nəfərin yaşadığı Cəngəmiran Lerikin ən sakit və təmiz havası ilə seçilən kəndlərindəndir.
Kənd sakinlərinin sözlərinə görə, Cəngəmiranın qədim qəbiristanlığında Çingiz xanın nəvəsinin məzarı olduğu deyilir. Cəngəmiranın diqqətçəkən ənənələrindən biri isə toylarla bağlıdır.
Belə ki, süfrələrin "şah"ı olan plov bişən kimi birinci balaca uşaqlar süfrəyə dəvət edilərmiş. Bu da kənddə uşaqlara verilən xüsusi dəyərin göstəricisidir. Proqram zamanı kənd sakini Rahilə nənə ilə də həmsöhbət olunub.
Məlum olub ki, o, öz yoldaşı Ulduz babadan düz 10 yaş böyükdür. Ulduz baba isə həyat yoldaşı ilə tanışlığını belə xatırlayıb: "Pambığa getmişdim. Bu da atası ilə gəlmişdi. Orada onu bəyəndim. Bir cavan oğlan var idi, yoldaşımı istəyirdi, dedi ki, onu mənim üçün qaçırt. Mən də dedim, yox, gücün çatırsa, özün qaçırt.
Pambıq dərirdim, gördüm oğlan gəlir. Uzaqdan baxırdım ki, görüm nə edəcək. Qız oğlan yanına gələndə onu çırpdı yerə. Elə oradaca gözüm düşdü ona. Anamı göndərdim, elçiliyə getdik, sonra toy etdik".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindən REPORTAJ
Min nəfərin yaşadığı, təhsilə böyük maraq olan ucqar kənd - Gədəbəydən REPORTAJ
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi "Mövsüm yarmarkası"ndan REPORTAJ
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər
-
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
-
Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı
-
Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
-
Dövlət Komitəsi: Tovuzda küçədə yaşayan 11 yaşlı uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
-
Donald Tramp İlham Əliyevə təşəkkür edib













