Latviyada Belarusa məxsus dövlət nömrəli avtomobillər yığışdırılır
Far.Az xəbər saytı

Latviyada Belarusa məxsus dövlət nömrəli avtomobillər yığışdırılır


Belarusda qeydiyyatda olan və Latviyada istifadə olunan minik avtomobilləri 31 oktyabra qədər ölkə ərazisini tərk etməlidir.

“Report” xəbər verir ki, bu barədə Latviya parlamentinin saytında yerləşdirilən bəyanatda deyilir.

"Sentyabrın 10-da Seymdə yekun oxunuşda "Yol hərəkəti haqqında" Qanuna təcili hesab edilən düzəlişlər təsdiqlənib", - məlumatda bildirilir.

Minik avtomobillərinin çıxarılması Avropa İttifaqının (Aİ) əvvəllər tətbiq etdiyi sanksiyaların davamı kimi yerinə yetiriləcək.

Qanuna edilən düzəlişlərə əsasən, əgər nəqliyyat vasitəsi çıxarılmasa, müsadirə olunacaq.

Qeyd edilir ki, 31 oktyabrdan sonra Belarus nömrəli nəqliyyat vasitələri Latviyaya yalnız birdəfəlik tranzit üçün daxil ola biləcəklər.

Oxşar xəbərlər

Latviya və Rumıniyadakı dron insidentləri NATO-da müzakirə ediləcək
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil - MÜSAHİBƏ
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycan Avropanın enerji təminatçısı – AŞPA, Avropa Komissiyasına xatırlatma - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər