Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Xaliq
Xəbər 74
Cəmi: 634
Kənan Heydərov
Xəbər 26
Cəmi: 5805
Avara_Şair
Xəbər 25
Cəmi: 1614
amon
Xəbər 24
Cəmi: 932
Sol Meleyim
Xəbər 11
Cəmi: 1031
MarveL
Xəbər 6
Cəmi: 50
Melis
Xəbər 5
Cəmi: 33
Hicab_ashiqi
Xəbər 4
Cəmi: 4
ODiNoKiY_VoLK
Xəbər 4
Cəmi: 355
_Uğurböceyi_
Xəbər 3
Cəmi: 286

Son Hədiyyə

Göndərilmiş hediyyə
JokeR » MarveL

Mesaj: 💞

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Sensiz darixiram » 411,3 Min
3) Sol Meleyim » 381,3 Min
4) L e o n » 357,2 Min
5) Avara_Şair » 304,3 Min
6) AzizA » 291,6 Min
7) Elnare » 265,3 Min
8) _Yene_Tenha_ » 220,2 Min
9) amon » 205,6 Min
10) Kamran_seaman » 200 Min
11) poppy » 144,1 Min
12) SeKeRCiK » 139,3 Min
13) Xaliq » 138 Min
14) Ay_işığı » 134,8 Min
15) _O.R.X.A.N_ » 120,8 Min
16) Ümidli gözəl » 90,8 Min
17) sessiz musiqim » 88,5 Min
18) Nani_Fit » 87,1 Min
19) pandisim » 83,1 Min
20) _Uğurböceyi_ » 80,3 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Xaliq
Şərh: 250
Cəmi: 873
MarveL
Şərh: 86
Cəmi: 958
Elnare
Şərh: 64
Cəmi: 2396
Th30
Şərh: 55
Cəmi: 80
amon
Şərh: 38
Cəmi: 897
Arzum
Şərh: 29
Cəmi: 29
Adnur xanım
Şərh: 27
Cəmi: 120
Sol Meleyim
Şərh: 22
Cəmi: 2180
heyatimin_menasi
Şərh: 20
Cəmi: 20
Kənan Heydərov
Şərh: 18
Cəmi: 8018

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Xaliq
Bugün 1340
Cəmi: 1340
Kənan Heydərov
Bugün 1066
Cəmi: 1066
Elnare
Bugün 754
Cəmi: 754
Sensiz darixiram
Bugün 550
Cəmi: 550
amon
Bugün 462
Cəmi: 462
Dear
Bugün 406
Cəmi: 406
Avara_Şair
Bugün 346
Cəmi: 346
MarveL
Bugün 312
Cəmi: 312
ODiNoKiY_VoLK
Bugün 308
Cəmi: 308
GozeLoV
Bugün 301
Cəmi: 301
Kişi ailəsinin evində naməhrəm bir adamı sakin edə yaxud qonaq saxlaya bilər?
İslam Dini Yüklə
Kişi ailəsinin evində naməhrəm bir adamı sakin edə yaxud qonaq saxlaya bilər?


Sual: Şəriətə görə kişi zövcəsinin icazəsi olmadan başqa bir adamı onunla bir dam altında qalması üçün evinə gətirə bilərmi? Bu cür işdə qadının ərinə razı olması vacibdirmi? Bu məsələ ilə bağlı şəriət hökmü nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Kişi xanımı üçün onu insanların gözündən örtəcək, onu soyuqdan və istidən qoruyacaq ayrıca bir evlə (mənzil, yaşayış yeri ilə) təmin etməlidir ki, burada qadın ona aid xüsusi işlərini heç bir narahatçılıq olmadan yerinə yetirə bilsin. Kişinin xanımını kiminləsə birlikdə qalmağa vadar etməyə haqqı yoxdur. Çünki bu cür etmək onun mənafeyinə ziddir. Belə ki, bu, qadının şəriətlə təmin olunan ayrıca mənzil hüququna ziddir.

əl-Kəsani, rahiməhullah, demişdir:

“Əgər kişi zövcəsinin günüsü yaxud qayınları, anası yaxud bacısı və yaxud başqa nikahdan olan qız yaxud başqa bir qohum-əqrəbası ilə birlikdə yaşamasını istəyirsə və qadın bundan imtina edirsə, bu halda kişi onun üçün ayrıca mənzil təmin etməlidir. Çünki digərləri ilə qalmaq qadının əsəbləşməsinə və əziyyət çəkməsinə səbəb ola bilər və qadının imtina etməsi onun əsəbləşməsinə və əziyyət çəkməsinə işarədir. Bundan başqa, kişi xanımı ilə istənilən vaxt yaxınlıq etmək imkanına sahib olmalıdır və onların yanında üçüncü adam olduqda bu mümkün deyil. Əgər evdə bir neçə otaq varsa və kişi zövcəsi üçün bir otaq ayırıb və qapıya kilid qoyursa bu barədə alimlər belə demişlər: “(Bu halda) qadının ərindən ayrıca mənzil (ev) tələb etmək haqqı yoxdur”. [8]

Qadının ayrıca mənzillə təmin olunması hüququ və alimlərin bu barədə sözlərini bundan öncə artıq izah etmişik. Müvafiq fətvaya baxa bilərsiniz.

Sual verənin sualda qeyd etdiklərinə gəldikdə bildiririk ki, bu sualın cavabı sözügedən adamın həmin evdə qalmasına görə dəyişir:

Əgər, məsələn, qonaq evdə müvəqqəti qalırsa bu, kişinin haqqıdır. Buna qadının etiraz etmək haqqı yoxdur. Burada qoyulan şərt budur ki, evdə qadın onun yata biləcəyi və öz xüsusi işlərindən əmin ola biləcəyi və qonağın bunu görməyəcəyi bir yerlə təmin olunmalıdır. Elə isə əcnəbi (naməhrəm) birinin evdə qalması iki şərtlə icazəlidir:

Qadının yanında əri və məhrəmi olmalıdır.

Bir neçə otaq və kifayət qədər yer olmalıdır ki, əcnəbi (naməhrəm) qadını görməsin.

Şeyx Zəkəriyyə əl-Ənsari özünün əl-Ğurar əl-bəhiyyə fi şərhi bəhcəti vərdiyyə adlı əsərində (4/364) belə deyir:

“Buradan eyni mənzildə və yerdə yaşamaq məsələsi aydın olur. Aydın olur ki, əgər qadının yanında məhrəmi varsa naməhrəm şəxs onlarla (bir evdə) qala bilər və eləcə də, evdə bir neçə otaq varsa yaxud bir-birini görməmələri üçün ev kifayət qədər geniş isə yalnız bu halda (naməhrəm şəxs) eyni evdə onlarla qala bilər.

Kişinin evinə qonaq qəbul etməsinin icazəli olduğuna dair dəlil İmam Muslimin Səhih əsərində (2084) Cabir ibn Abdullaha, radiyallahu anhumə, istinadən rəvayət etdiyi hədisdir. Rəsulullah sallallahu aleyhi və səlləm belə demişdir: “Bir çarpayı kişinin, biri zövcəsinin, üçüncüsü qonağın, dördüncüsü isə şeytanındır”.

Bu hədis göstərir ki, kişi evində qonaq qəbul etməsi üçün çarpayı qoya bilər və bunda bir qəbahət yoxdur. Feydul qadir şərhi cəmi səğir əsərində (4/424) belə deyilir: “Qonaq üçün çarpayını ev sahibi hazırlayır. Çünki bu qonağa hörmət və onun haqqını yerinə yetirməkdir. Çünki özü və ailəsi ilə eyni çarpayıda yata bilməz. Hədis onu ifadə edir ki, əgər kişi birdən çox çarpayı qoymaq istəyirsə bu halda bunların sayı ən çox üç olmalı və dördüncüsü lüzumsuzdur və ona görə də, israf sayılır”.

Müvafiq saylı fətvada izah etmişik ki, özünə birbaşa zərəri olmadığı müddətcə qadının ərinin qonaq qəbul etməsinə etiraz etmək haqqı yoxdur.


Yox əgər sözügedən şəxs evdə daimi və uzunmüddətli qonaq qalırsa bu halda qadının buna etiraz etmək hüququ vardır və kişi xanımını bunu qəbul etməyə məcbur edə bilməz. Çünki qadın evdə əcnəbinin olmasından zərər görür və eləcə də, qadının müstəqil məskən (yaşayış yeri, evi) hüququna ziddir.

Bu məsələ ilə bağlı hökmlərə gəldikdə qonaq yaxud sakin ilə kişinin zövcəsi arasında xəlvət[1]qəti olmamalıdır və qonaq qalan naməhrəm şəxs baxışlarını aşağı salmalı və şəriətdə buyurulan digər ədəb-ərkan qaydalarına riayət etməlidir. Naməhrəmlə xəlvətə dair hökmlər üçün müvafiq fətvaya baxa bilərsiniz.

Qadının ərinin qonaqlarına xidmət etməsi məsələsinə gəldikdə bu barədə elm əhli arasında fikir ayrılığı var. Maliki hüquq məktəbinin ardıcılları və onlarla bir rəydə olanlar belə bir rəy irəli sürürlər ki, ərinin qonaqlarına xidmət etməsi qadına vacib deyil. Bu, hətta qadının ərinə xidmət etməsi vacib olduğu hallara da aiddir.

Şeyx Dərdirinin “Şərh əl-Kəbir” əsərində və Dəsuqinin Haşiyəsində (2/511) belə deyilir:

“Əgər qadın ev işlərini görmək qabiliyyətində deyilsə yaxud bunu bacarırsa və əri kasıbdırsa, bu halda xəmir yoğurmaq, süpürmək, ərinin (paltarlarını və s.) təmizləmək və yemək bişirmək kimi əsas ev işlərini görməlidir. Lakin bu qonağa aid deyil”.

Elm əhlindən bir qrupunun rəyinə görə qadın ərinin qonaqlarına adət-ənənəyə görə xidmət etməlidir. əl-Ayni rahiməhullah demişdir: “Bu göstərir ki, uşaqlar və qadın ev yiyəsinə vacib olduğu kimi qonaqlara xidmət etməlidir”.[2]

Racih[3] budur ki, qadın adət-ənənəyə müvafiq olaraq ərinin qonaqlarına xidmət etməlidir.

Şeyx ibn Üseyminə, rahiməhullah, verilən sualda belə deyilir:

Sual: “Kişi Ramazanın bəzi günlərində xanımından tələb edir ki, qonaqları üçün yemək hazırlasın və bunu edəndə çox yüklənir və həmin gecələrdə namaza dura bilmir. Əgər bu hal Ramazan ayının əksər gecələrində davam edərsə bu halda qadının ərinə itaət etməsi vacibdirmi?

Cavab:
Vacib olan budur ki, qadın əri ilə və eləcə də kişi xanımı ilə gözəl keçinməlidir. Allah-Təala buyurur: “Onlarla xoş rəftar edin”.[4] Belə bir vaxtda və belə bir vəziyyətdə kişinin zövcəsini ona xidmət göstərməsi üçün tükətməsi xoş rəftardan sayılmır. Lakin ər israr edərsə bu halda qadının ərinə tabe olması daha məqsədəuyğundur. Əgər qadın yorğun düşüb qiyama dura bilməzsə və ona çətin olarsa, elə isə bilsin ki, Allah-Təala ona niyyətinə və istəyinə görə savab yazacaqdır. Çünki bu qadın qiyamı (gecə namazını) üzrlü bir səbəbdən tərk etmişdir, yəni ərinə itaətlə bağlı şəriətə görə ona vacib olanları yerinə yetirmişdir.

Doğrusunu Allah bilir.

Dostlarınızla paylaşın

Şərhlər: 8
  1. Kənan Heydərov
    Cavab: Vacib olan budur ki, qadın əri ilə və eləcə də kişi xanımı ilə gözəl keçinməlidir. Allah-Təala buyurur: “Onlarla xoş rəftar edin”.[4] Belə bir vaxtda və belə bir vəziyyətdə kişinin zövcəsini ona xidmət göstərməsi üçün tükətməsi xoş rəftardan sayılmır. Lakin ər israr edərsə bu halda qadının ərinə tabe olması daha məqsədəuyğundur. Əgər qadın yorğun düşüb qiyama dura bilməzsə və ona çətin olarsa, elə isə bilsin ki, Allah-Təala ona niyyətinə və istəyinə görə savab yazacaqdır. Çünki bu qadın qiyamı (gecə namazını) üzrlü bir səbəbdən tərk etmişdir, yəni ərinə itaətlə bağlı şəriətə görə ona vacib olanları yerinə yetirmişdir.

    Doğrusunu Allah bilir.
  2. _official_
    tesekkurler
  3. ♥Мой Мир♥
    Allah razi olsun
  4. ♥Мой Мир♥
    Allah razı olsun
  5. ♔Kraliça♔
    Allah razı olsun
  6. ♥NaRa♥
    tewekkurler allah razi olsun
  7. ♔Princess♔
    tewekkurler allah razi olsun
  8. Lami
    Allah razi olsun tesekkurler

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.