Nikaraquada 135 məhkum vətəndaşlıqdan məhrum edilib
Far.Az xəbər saytı

Nikaraquada 135 məhkum vətəndaşlıqdan məhrum edilib


Nikaraquada əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş 135 nəfər vətəndaşlıqdan məhrum edilib.

“Far.Az” “El 19 Digital” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi məlumat yayıb.

"Manaqua dairəsi Apellyasiya Məhkəməsinin Birinci Cinayət Palatası Nikaraqua xalqının suverenliyinə, müstəqilliyinə qəsd edən, zorakılığı, nifrəti, terrorizmi təbliğ edən, sülhü, təhlükəsizliyi və konstitusiya quruluşunu pozan cinayət əməllərinə görə məhkum edilmiş 135 nəfərin Nikaraqua vətəndaşlığından məhrum edilməsini nəzərdə tutan məhkəmə qərarı çıxarıb", - məlumatda deyilir.

Keçən həftə eyni sayda vətəndaş Manaqua və Vaşinqton arasında razılaşma əsasında Qvatemalaya deportasiya edilib. Onların şəxsiyyəti açıqlanmır.

Oxşar xəbərlər

Kipr ilin əvvəlindən yeddi minə yaxın miqrantı deportasiya edib
Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb
Vaşinqtonda ilk dəfə Amerika–Azərbaycan Gənclərinin Forumu keçirilir
Almaniya Əfqanıstan vətəndaşlarını deportasiya edib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər