İmişlidə tonlarla xurma ağaclarda çürüyür
Far.Az xəbər saytı

İmişlidə tonlarla xurma ağaclarda çürüyür


İmişlidə bol xurma məhsulu var, lakin alıcı azdır. Ona görə də tonlarla meyvə ağaclarda çürüyür.

Far.Az "Xəzər TV"-yə istinadən xəbər verir ki, İmişlinin Şahverdili kəndinin sakinləri deyirlər ki, bu il xurmanın bol olması fermərləri sevindirib.

Amma alıcı olmadığından məhsulu satmaq mümkün olmur. Ağaclarda qalan meyvələr yavaş-yavaş çürüməyə başlayıb.

Fermerlər deyirlər ki, təklif olunan qiymət xurmanın ağacdan yığılması üçün çəkilən xərcə dəymir. Buna görə də onlar yalnız öz ehtiyacları qədər məhsul yığır, qalanı isə ağaclarda xarab olur. Daxili bazarda bolluq olduğuna görə qiymət aşağıdır. Məhsulu xaricə çıxarmaq imkanı isə yoxdur. Bundan başqa, meyvəni yığıb saxlamaq üçün anbarların olmaması işi daha da çətinləşdirir.

Fermerlərin az da olsa qalan ümidi havanın şaxtalı keçməməsidir. Çünki temperatur kəskin aşağı düşərsə, ağacda qalan məhsul tamamilə məhv olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər