İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub
Azərbaycanda iş adamının milyonlarla pulu ələ keçirilib. Şikayət əsasında biri keçmiş idman federasiyası prezidenti olmaqla, 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar.
2022-ci ilə kimi Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları-Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub.
Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov yuxarıda adları qeyd olunan tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib. Belə ki, onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar.
Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. Lakin onlar verdikləri vədə əməl etməyib, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar.
Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatı ödətdirilib. C.Əşrəfov barəsində bir neçə gün əvvəl məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanov isə həbs edilib.
Qeyd edək ki, zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub.
Fotoda: Quvat Beybutov
Fotoda: Ceyhun Əşrəfov
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın - TƏFƏRRÜAT
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər
-
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
-
Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı
-
Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
-
Dövlət Komitəsi: Tovuzda küçədə yaşayan 11 yaşlı uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
-
Donald Tramp İlham Əliyevə təşəkkür edib













