AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
Far.Az xəbər saytı

AYNA Balakəndə 10 milyona kanat yolu çəkir


Balakən rayonunda kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Far.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı "Archico" şirkəti ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılmasına 10 421 760 manat sərf olunacaq.

Daha əvvəl isə AYNA layihələndirmə işlərinin icrasını "ArchiCO Project" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, kanat xəttinin layihələndirilməsinin maliyyə dəyəri 1 209 500 manat olub.

Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin may ayında Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehBalakən rayonunda kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər