Nazirlik məşhur klinikada yoxlama keçirdi: Lisenziyası olmadığı üzə çıxdı
Far.Az xəbər saytı

Nazirlik məşhur klinikada yoxlama keçirdi: Lisenziyası olmadığı üzə çıxdı


Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən "Premium Clinic"də plandankənar yoxlama keçirib.

Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, özəl klinikada yoxlama keçirilən zaman lisenziyadankənar (ginekoloji iş, stasionar) və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.

Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.

Məhkəmənin qərarına əsasən, "Premium Clinic" 6 000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Premium Clinic"in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında oraya müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
FHN şagird və müəllimlərlə təlim keçirdi
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər