Xarici vətəndaşlar onlara göstərilən tibbi xidmətlərə görə ödədiyi ƏDV-nin bir hissəsini geri alacaq
Nazirlər Kabineti "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması"nın təsdiq edilməsi haqqında" 7 iyul 2020-ci il tarixli qərarlnda dəyişiklik edib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, xarici vətəndaşlar Azərbaycanda onlara göstərilən tibbi xidmətlərə görə ödədiyi əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri alacaq.
ƏDV aşağıdakılara əməl edildiyi hallarda qaytarılır:
- bir elektron qaimə-faktura üzrə malların və ya göstərilən tibbi xidmətlərin dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduqda;
- elektron qaimə-faktura tərtib edildiyi gündən 90 gün müddətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk edərkən həmin elektron qaimə-fakturada gömrük orqanı tərəfindən müvafiq qeyd aparıldıqda;
- göstərilən tibbi xidmətlərin dəyəri nağdsız qaydada ödənildikdə.
ƏDV-nin geri qaytarılmasını ölkə ərazisini tərk edərkən müvəkkil bankdan tələb edə və ya bu elektron qaimə-fakturada göstərilən hesaba köçürülməsi məqsədilə qeyd olunan Formanı bunun üçün yaradılmış qutuya atmaq olar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər
-
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
-
Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı
-
Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
-
Dövlət Komitəsi: Tovuzda küçədə yaşayan 11 yaşlı uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
-
Amsterdamın mərkəzi etirazlar səbəbindən yüksək riskli zona elan edilib













