Nazir müavini: "Distant iş"in görüləcəyi yer əvvəlcədən müəyyən olunacaq
Far.Az xəbər saytı

Nazir müavini: "Distant iş"in görüləcəyi yer əvvəlcədən müəyyən olunacaq


"Distant iş"in görüləcəyi yer əvvəlcədən müəyyən olunacaq.

"Report" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Bakıda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, "Distant iş" anlayışının qanunvericiliyə əlavə edilməsi, məsafədən işin əmək müqaviləsi ilə tənzimlənməsi zəruri idi:

"Distant iş" zamanı əməyin təhlükəsizliyi ilə əlaqədar məsuliyyət işəgötürən üzərindədir. Bununla da işəgötürən "distant iş" zamanı təqdim etdiyi avadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onların təhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə çatdırılması çərçivəsində məsuliyyət daşıyacaq. "Distant iş"in görüləcəyi yer əvvəlcədən müəyyən olunacaq. Həmin yerin təhlükəsizliyi ilə bağlı əmək mühafizəsi normaları təsbit ediləcək".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər