Nazirlikdən balıqçılara vacib ÇAĞIRIŞ
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, kiçikhəcmli gəmi istifadəçiləri, o cümlədən balıq ovu ilə məşğul olan şəxslər tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində arzuolunmaz və bəzən acı hallar yaşanır.
BAKU.WS xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək gəmilərin təhlükəsiz istismarı qaydalarına ciddi riayət etməyə çağırır.
"Belə ki, kiçikhəcmli gəmilərin sürücüləri səfərə çıxmazdan əvvəl gəminin sazlığını, müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin sərnişin və yükgötürmə qabiliyyəti üzrə məhdudiyyətləri nəzərə almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında təlimatlandırmalıdır. Həmçinin, səfər vaxtı üçün proqnozlaşdırılan hava şəraiti öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır. Yadda saxlamaq lazımdır ki, yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı məhdudiyyətlərə riayət etməklə hərəkət edə bilərlər. Kiçikhəcmli avarlı qayıqların isə küləyin sürəti 7 m/san-dən artıq olduqda dənizə çıxması qadağandır. Eləcə də dumanda və görmə məsafəsini məhdudlaşdıran və səmtləri müəyyənləşdirməyin mümkün olmadığı digər əlverişsiz hava şəraitində kiçikhəcmli gəmilərin hərəkəti qadağandır. Sərhəd sularında balıq ovu ilə məşğul olmağa və digər işləri yerinə yetirməyə yalnız günün işıqlı vaxtı icazə verilir", - deyə müraciətdə qeyd olunub.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər
-
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
-
Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı
-
Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
-
Dövlət Komitəsi: Tovuzda küçədə yaşayan 11 yaşlı uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
-
Amsterdamın mərkəzi etirazlar səbəbindən yüksək riskli zona elan edilib













