Onlar Türkiyədə ilin ən yaxşıları oldular - SİYAHI
Far.Az xəbər saytı

Onlar Türkiyədə ilin ən yaxşıları oldular - SİYAHI


Hər il olduğu kimi bu il də Türkiyədə "GQ Men of The Year" mükafatlandırma mərasimi keçirilib.

Far.Az xəbər verir ki, musiqi, film, incəsənət, idman dünyasında ən yaxşıların mükafatlandırıldığı gecədə bir çox məşhur iştirak edib.

Aktrisa Sinem Ünsal "İlin qadını" kateqoriyasında "GQ Men of The Year" mükafatıan layiq görülüb.

Səhnəyə dəvət edilən Sinem böyük kürək dekolteli ağ libası ilə də müzakirələrə səbəb olub. Aktrisa açıqlaması zamanı bu tədbirə 5 saata hazırlaşdığını bildirib.

Onlar Türkiyədə ilin ən yaxşıları oldular - SİYAHI

"İlin ən yaxşı aktyoru" kateqoriyasında isə aktyor Mert Yazıcıoğlu qalib olub. O mükafatı almaq üçün səhnəyə çıxıb və hərkəsə təşəkkür edib.

Gənc aktyor Burak Daka isə "İlin yüksələn ulduzu" kateqoriyasında mükafatlandırılıb.

"İlin möhtəşəm uğuru" kateqoriyasında mükafat aktyor Serkan Çayoğluna verilib. O səhnəyə çıxaraq mükafatı alıb və həyat yoldaşı Özge Gürelə ona göstərdiyi dəstəyə görə təşəkkür edib.

Müğənni Edis "Ilin musiqi adamı" kateqoriyasında mükafatlandırılıb. Müğənni Mazhar Alanson 2025-ci ilin "Şərəf" mükafatı alıb.

Futbolçu Viktor Osimhen isə "İlin ən yaxşı idmançısı" kateqoriyasında mükafat alıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Sinem Kobaldan diqqət çəkən paylaşım: "Çox yaxşısan, Bakı!"
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər