Azərbaycanda bu şəxslərin əməkhaqları artırılacaq - RƏSMİ
Azərbaycanda məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayı, eləcə də onların əməkhaqqıları artırılacaq.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada əksini tapıb.
Sənəddə bildirilib ki, ştat vahidlərinin və əməkhaqlarının artırılması üçün icra müddəti 2026-cı il müəyyən edilib.
Ştat sayının artırılmasına dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək. Bu iş üçün əsas icraçı orqan Nazirlər Kabineti müəyyən edilib.
Ümumilikdə bu sahədə beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınacaq.
Məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsilsahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görüləcək. Məhkəmə ekspertlərinin nəzəri-praktiki hazırlığı, habelə onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün xüsusi təlim proqramları hazırlanacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər
-
Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı
-
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
-
Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
-
Dövlət Komitəsi: Tovuzda küçədə yaşayan 11 yaşlı uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
-
Donald Tramp İlham Əliyevə təşəkkür edib













