Azərbaycanın cüdo millilərinin və aparıcı klubların nümayəndələri üçün seminar təşkil olunub
Far.Az xəbər saytı

Azərbaycanın cüdo millilərinin və aparıcı klubların nümayəndələri üçün seminar təşkil olunub


Azərbaycan Cüdo Federasiyasında yığma komandaların məşqçiləri və ölkənin aparıcı cüdo klublarının nümayəndələri üçün seminar təşkil olunub.

"Far.Az" xəbər verir ki, təlimlər idmançı sağlamlığının qorunması, zədələrin qarşısının alınması və performansın artırılması mövzularını əhatə edib.

Təlim proqramının reabilitasiya və zədə sarğıları ("taping") mövzusu beynəlxalq təcrübəyə malik fizioterapevt Morqan Selles tərəfindən tədris olunub.

Sessiya zamanı cüdoda ən çox rast gəlinən zədələr, onların yaranma səbəbləri, reabilitasiya mərhələləri, idmançının təhlükəsiz şəkildə məşq və yarışlara qaytarılması, həmçinin zədə sarğısı və kinesioteypin düzgün tətbiqi ilə bağlı praktiki biliklər iştirakçılara təqdim edilib.

Dartınma (gərmə) hərəkətləri ("stretching") və mobilizasiya mövzusu isə tanınmış mütəxəssis Taro Netzer tərəfindən aparılıb. Təlim zamanı dartınma və mobilizasiya metodlarının cüdo məşq prosesində rolu, zədə riskinin azaldılması, hərəkət amplitudasının artırılması, eləcə də məşqdən əvvəl və sonra düzgün tətbiq prinsipləri izah olunub.

Sessiyalar həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub.

Təlimlərin əsas məqsədi məşqçilərin tibbi-reabilitasiya biliklərini gücləndirmək, idmançılarla daha təhlükəsiz və elmi əsaslı şəkildə işləmələrini təmin etmək olub. Azərbaycan Cüdo Federasiyası məşqçilərin davamlı inkişafını və beynəlxalq standartlara uyğun biliklərlə təmin olunmasını prioritet istiqamət kimi davam etdirir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər